Məktəbimiz

          Eldar    Məmmədov   adina   İsmayıllı    şəhər 3 saylı  tam   orta məktəb
Tədris ocağı 1972- ci ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 33 sinifdə 682 şagird təhsil alır. Onların tərbiyəsi ilə 106 müəllim məşğul olur. Məktəb 2007 – ci ildə Dünya Bankının krediti hesabına əsaslı təmir edilmişdir. Məktəbin ilk direktoru , biologiya müəllimi Ramazanov Hacalı Mahmud oğlu, rus dili müəllimi Qəniyev Cavid Cəbi oğlu, riyaziyyat müəllimi Həsənov Saleh Qarakişi oğlu “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşlər.

Məktəb 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi elan edilmişdir.

Azərbaycan dili və ədəbiyyatı müəllimi Muradlı Çingiz Məzahir oğlu və ingilis dili müəllimi Əhmədova Humay Əlövsət qızı 2009- cu ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidirlər. Müəllimlərdən Dəmir Aydınov , Rasim Yusifov, Oktay Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülüblər.İbtidai sinif müəllimi Almaz İsmayılovaya Təhsil Nazirliyi tərəfindən təşəkkür edilmişdir.

2006- cı ildən indiyədək məktəbin direktoru Əhmədağa Ələkbərovdur. Məktəbin direktoruna Təhsil Nazirliyi kollegiyasının qərarı ilə şəxsi işinə yazlmaqla təşəkkür elan edilib.

Məktəbdə Kurikulum islahatları , fənn kurikulumlarının tətbiqi ilə əlaqədar təcrübələrin toplanması və öyrənilməsi üzrə “Kurikulum Mərkəzi” yaradılıb. Mərkəz lazımı avadanlıqlarla təchiz edilmişdir.

Məktəbdə “Tarix-diyarşünaslıq” muzeyi fəaliyyət göstərir.Muzeydə e.ə II-I minilliyə aid arxeoloji qazıntı nümunələri, qədim Basqal və Lahıc kəndlərindən gətirilmiş sənətkarlıq nümunələri, qədim və müasir dövrə aid pullar və digər tarixi eksponantlar toplanmışdır.

Məktəb “Dayaq məntəqə mərkəzi” kimi fəaliyyət göstərir. Yaxınlıqda yerləşən 8 məktəbin müəllimləri yaraılmış “Dayaq məntəqə mərkəzində” toplanmış metodiki vəsaitlər, qabaqcıl təcrübəni əks etdirən dərs nümunələrinin video yazılarından yararlanaraq qabaqcıl təcrübəni öyrənirlər.

Məktəbin 9 nəfər Qarabağ müharibəsində şəhid olmuş məzunlarına abidə, məktəbin adını daşıdığı kapitan Eldar Məmmədovun isə büstü qoyulmuşdur.

Məktəbdə böyük idman zalı, iclas zalı 3 informatika kabineti, “Təhsil resurs mərkəzi”, kitabxana, bufet, 2 laborotoriya fəaliyyət göstərir.Həyətyanı sahədə 200-ə qədər meyvə ağacı əkilmışdır.

Hiç yorum yok:

Yorum Gönder