Gündə bir paket cips yemək, ildə beş litr maye yağ içmənizə əvəzdir
Britanya Ürək Vəqfinin ortaya çıxardığı bu nəticə, "tez bazar"a marağı olan insanları olduqca qorxudacaq. Ən çox cips istehlak edən ölkələrin başında İngiltərə və ABŞ gəlir.
Everestə hər 10 dırmaşmadan birində ölüm var!
Alpinistlik idmanında, yüksək texnologiyaya sahib olan qrupların istifadə edilməsinə baxmayaraq, dünyanın ən yüksək zirvəsi olan Everest, idmançı qonaqlarını ölümlə üzləşdirməyə davam edir. Oxford Universitetindən Dr. Andrew Sutherland'ın hazırladığı hesabata görə, Everest'ə hər 10 dırmaşmanın biri mütləq ölümlə nəticələnir.
Bir bitki toxumu 200 il boyunca saxlana bilir
Hollywood'un məşhur qiyamət filmlərindən dost olduğumuz qədəriylə, insanın həyatını davam etdirə bilməsi üçün bəzi bitkiləri yaşada bilməsi lazımdır. Bu gerçəyi çox yaxşı bilən alimlər Norveçdə, xüsusi şərtlərə sahib bir toxum anbarı quraraq qiyamət günü hazırlıqlarının ilk ciddi addımını atdı. Və ən əhəmiyyətlisi, edilən araşdırmalarda, bir bitki toxumunun 200 il boyunca saxlana bildiyi ortaya çıxdı.
Hexakoisiohexekontahexaphobiacs nədir?
"Şeytan"la əlaqədar filmlərdən bildiyimiz "666"dan; yəni şeytanın nömrəsindən qorxan kəslər var. Bu elə bir hal almışdır ki uzunluğundan ötəri indi təkrar yaza bilməyəcəyimiz "H" hərfiylə başlayan bu ad, psixoloji bir xəstəlik növü olaraq tibb ədəbiyyatına daxil olmub.
HIV virusu ilk dəfə 1930-cu ildə kəşf edildi
AIDS xəstəliyinə gətirib çıxaran HIV virusu, 1930-cu ildə Kongo'da şimpanzelər üzərində araşdırmalar edən bir qrup elm adamı tərəfindən kəşf edildi. Əlbəttə o illərdə, virusun XX əsrin bəlası olacağı təxmin edilmirdi; lakin yoluxucu və çox təhlükəli olduğu araşdırmaçılar tərəfindən vurğulandı.
Barmaq izi təsbiti ilk dəfə 1892-ci ildə Argentina'da edilmiş
Hər insanın barmaq izi fərqli olduğunu kəşf edən Argentina'lı mütəxəssislər, məhkumların barmaq izlərini götürərək kimlərin taxsırkar olduğunu qoyulan barmaq izlərindən təsbit etməyə başladıldı. 1901-ci ildə isə İngiltərədə ilk "Barmaq İzi Təsbit Ofisi" quruldu.
Fil balası
Fil balası, xortumuyla anasının quyruğuna yapışaraq gəzər. Sürü içindəki dişifillər doğumlarını bir-birlərinə görə nizamlayıb sırayla dünyaya körpə gətirirlər.
Kişiləri təraş çətinliyi
Bir kişi həyatının təxminən 3350 saatını təraş olmaq üçün sərf edər.
Dünyanın ən qoxulu məscidi
Dünyanın ən qoxulu məscidi Təbriz şəhərindədir. Məscid tikilərkən palçığına müşk qoxusu əlavə edilmişdir və 600 il keçməsinə baxmayaraq hələ məscid müşk iy verməkdədir.
Heyvanların dünyası
İlanlar eşidə bilməz. Qarışqalar yata bilməz. Kirpilər suda batmaz. Qütb ayıları solaxaydır. Milçəklərin 5 dənə gözü vardır. Zürafənin səs telləri yoxdur. Delfinlər bir gözlü açıq yatarlar. Dəvələrin 3 dənə qaşı vardır. Bir ağcaqanadın sürəti saatda 8 km. dir. Xərçənglərin qanı mavi rəngdədir. Kəpənəklər ayaqlarıyla dad alabilirlər. Fil tullana bilməyən tək məməlidir. Kenqurular dal-dalı gedə bilməzlər. Pişiklər şəkər dadını ayırd edə bilməzlər.
Əladır. Mən çox bəyəndim. Vəfa xanım, maraqlı hazılamısınız. Uğurlu olsun!
YanıtlaSil