“Humanist Pedaqoqika Mərkəzi”nin açılışı oldu
Bu gün Təhsil Problemləri İnstitutunda Azərbaycanda ilk olan yeni mərkəz, “Humanist Pedaqogika Mərkəzi” açıldı. SİA-nın məlumatına görə, açılışda çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunan əsas məzmuna toxunaraq birdirdi ki, inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları ilk növbədə inkişaf etdirilməlidir: “Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəməklə yanaşı, əmək bazarında layiqli yer tutmaları və ömür boyu təhsil prosesinə qoşulmaları, sağlam həyat tərzi və ətraf mühitə münasibətdə düzgün mövqe seçmələri üçün pedaqoji tərbiyə çox böyük rol oynayır. Bu sahədə əsas insanların humanist yanaşmasının daha qabarıq görünməsi və humanist yanaşmanın təbliği məsələsidir ki, buna da xüsusi diqqət yetirilməlidir”.
Mərkəzin açılışından sonra görüş dəyirmi masa arxasında davam etdirildi. Gələn xarici qonaqlar açılışla bağlı öz təəssüratlarını iştirakçılarla bölüşdülər. Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki, psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvili mərkəzin açılmasından məmnun qaldığını bildirdi.
TPİ nəzdində yaradılan “Humanist Pedaqogika Mərkəzi”nin açılışında Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixologiya elmləri doktoru, akademik Paata Amonaşvili (Gürcüstan), "Valideyn qayğısı" Beynəlxalq ictimai hərəkatın sədri Klara Mansurova (Moskva), psixologiya üzrə fəlsəfə doktoru Ümuminsan dəyərləri institutunun filialının direktoru, Ümumrusiya pedaqoji cəmiyyətinin üzvü Valeriy Voşinin(Sankt-Peterburq)., institutun elmi məsləhətçiləri, direktor müavinləri, şöbə müdirləri və əməkdaşları, media nümayəndəri də iştirak ediblər.

Hiç yorum yok:
Yorum Gönder