1 Aralık 2014 Pazartesi

“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusu üzrə müzakirələr aparılıb

“Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusu üzrə müzakirələr aparılıb

“Avropa” otelində Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda Beynəlxalq seminar keçirilir.

AzərTAc xəbər verir ki, təhsil işçilərinin, müəllimlərin və mütəxəssislərin iştirak etdikləri seminarda Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, professor Şalva Amonaşvili mövzunun əhəmiyyətindən danışıb.

Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın önəmli olduğunu vurğulayıb.

Q.Novruzov qeyd edib ki, humanist pedaqoji düşüncə məktəb həyatının daim yeniləşməsi üçün imkanlar yaradır.

Sonra mövzu ilə bağlı çıxışlar dinlənilib, geniş müzakirələr aparılıb.

Beynəlxalq seminar dekabrın 4-də başa çatacaq.


Mənbəə:http://azertag.az/xeber/814706

Hiç yorum yok:

Yorum Gönder